!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftin qiyməti düşsə belə, hökumətin devalvasiyaya gedəcəyi gözlənilmir” – ŞƏRH

!Reklam – Yazi

“Devalvasiyanın olmayacağına əminlik yaradan amillərdən biri də indi müşahidə olunan bahalaşmadır”.

Bu fikirləri prezident İlham Əliyevin ötən gün yerli telekanallara müsahibəsində manatın taleyi ilə bağlı nikbin fikirlərə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə devalvasiyanın olmayacağını söyləməyə əsas verən ciddi səbəblər var:

“Mən də prezidentin manatın sabitliyi haqqında fikirlərini bölüşürəm. Çünki mövcud şəraitdə bu barədə narahatlıq üçün əsas yaradacaq hal yoxdur. Baxın, devalvasiya nə zaman baş verir? Xarici valyuta azalanda. İndi isə bildiyiniz kimi neftin qiyməti artmaqdadır və ölkəyə valyuta daxil olur. Bu isə devalvasiyanın olmayacağı üçün əsasdır.

Gəlin xatırlayaq, Azərbaycanda ilk devalvasiya 2015-ci ilin dekabrında baş verdi. O zaman artıq səkkiz-doqquz ay idi ki, dünya bazarında neft ucuzlaşmışdı. Lakin Azərbaycanda devalvasiya qərarı gec qəbul olundu və manatın stabilliyi üçün 10 milyard dollar xərcləndi. İndi isə dediyim kimi, neft bahalaşır və bu da devalvasiya ehtimalını azaldır. Bununla yanaşı, neftin qiyməti düşsə belə, hökumətin devalvasiyaya gedəcəyi gözlənilmir”.

A.Zeynalov

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv