Dünya birjalarında neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,56% artaraq 68,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar və ya 0,65% artaraq 74,48 dollar təşkil edib.
www.yenicag.az