Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə elektrik enerjisi ötürəcək

media-hightechnic-468x90

Azərbaycan və Gürcüstan arasında Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası saziş imzalanıb.

media-banner_tuq

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində imza atılıb. İki ölkə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.

İmzalanmış sənədlərə Gürcüstana təbii qaz təchizatı, Azərbaycan qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05