!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin yenidən bahalaşması üçün ŞƏRT: “Bu tendensiyanın nə qədər davam edəcəyi...” - Vüqar Bayramov

!Reklam – Yazi

“ABŞ və Avropa İttifaqı iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda, enerji məhsullarına tələb yenidən yüksələcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri dünya bazarında neftin yenidən bahalaşmasının qədər davamlı olacağını şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Vüqar Bayramov qeyd edib ki, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən hərəkətə gətirilməsi cəhdlər ilə bağlıdır:

“Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollardan baha təklif olunur. Dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın prezidenti Donald Tramp “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə, ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” – bildirib.

Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ və Avropa İttifaı iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda, enerji məhsullarına tələb yenidən yüksələcək.

Xüsusilə, Avropa iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu zaman neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, “qara qızıl”a tələb yenidən azalacaq.

Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.

Gülşən Şərif

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv