“Qətiyyən belə səs yazılarına fikir verməyəcəm. Biz belə şeylərə əməlimizlə cavab verəcəyik”
Bu sözləri Yenicag.az-a açıqlamasında Nemət Pənahlının haqqında işlətdiyi təhqiramiz ifadalərə cavab olaraq keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib.
İsgəndər Həmidov bildirib ki, onları boş-boş çəkişməyə çəkmək istəyirlər:
“Yəqin, haradasa bu sözlər deyilib. Ancaq bunu mənə yaxşılıq etmək üçün yaymayıblar. Kimsə ara vurmaq istəyir”.
Keçmiş daxili işlər naziri bu təxribata uymayacağını bildirib:
“Buna öz qanacağımızla, mərifətimizlə cavab verəcəyik. Hər şeyə cavab versək, işləməyə vaxt olmaz. Bizim ali məqsədlərimiz var”.
Səxavət Məmməd