!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsgəndər Həmidovdan Akif Nağıya sərt sözlər: "O, hər tərəfin əlinə oynayır"

!Reklam – Yazi

İranın son zamanlar Azərbaycana qarşı tutduğu mövqe birmənalı qarşılanmayıb.

İstər ictimaiyyət nümayəndələri, istərsə də dövlət səviyyəsində İrana xəbərdarlıqlar edilib.

İranı tənqid edənlərlə yanaşı, ona dəstək verənlər də tapılıb. Onlardan biri də Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı olub.

Akif Nağının İranı müdafiə etməsi isə hiddətlə qarşılanıb. Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Akif Nağını sərt şəkildə tənqid edib.

Akif Nağının mövqeyi və Qarabağ Komitəsi barəsində sabiq daxili işlər naziri İsgəndər Həmidov Yenicag.az-da münasibət bildirib.

İsgəndər Həmidov Qarabağ Komitəsindən getməsinə toxunaraq qeyd edib ki, Komitənin bəzi üzvləri möhtəkirlik və alverlə məşğul idi:

“Qarabağ Komitəsinin bəzi üzvləri parlamentdə oturmaq üçün Qarabağ adından istifadə edərək, alver edirdilər. Bu yolverilməzdir. Oradan çıxanda QAT-ın üzvlərindən bir nəfər məndən soruşdu ki, “kimi nəzərdə tutursan?” Dedim, sizi! QAT və Qarabağ Komitəsinin bəzi üzvləri göstəriş icra edirlər. Qarabağ Komitəsində iclasın ikinci günü məlum oldu ki, mitinqə icazə veriləcək. Hökumət də Qarabağ mitinqinin keçirilməsində maraqlı idi. Orada dedilər ki, isgəndər Həmidov çıxış etməsin. Mən də dedim ki, çıxış edəcəm, özü də istədiyim kimi. Dedilər, onda hakimiyyəti tənqid eləmə. Mən də cavabımda bildirdim ki, vətəndaşları tənqid edim? Birinci mitinqdən sonra iclas oldu, ikinci mitinq müzakirə olunurdu. Akif Nağı dedi ki, mitinq üçün müraciətdə İsgəndər Həmidovun, Nemət Pənahlının və Əvəz Zeynallının imzası olmasın, hökumət qıcıqlanır. Bir gün sonra Akif Nağı dedi ki, “məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışdılar. Orada soruşdular ki, İsgəndər Həmidov niyə elə çıxış edib?” Dedim, sən kimsən axı? İsgəndər Həmidovun böyüyüsən ki, mənim çıxışımla bağlı səndən soruşurlar? Gördüm ki, Akif Nağı sifariş yerinə yetirir. Məni Akif Nağı yox, onun sözü ilə oturub duranlar narahat edir”.

Akif Nağını tanıya-tanıya onunla bir cərgədə durmaq və sonradan bunu əsas gətirərək Komitədən uzaqlaşmaq tənqidinə gəldikdə isə İsgəndər Həmidov qeyd edib ki, Komitə yarananda orada olmayıb:

“Haqlı tənqiddir. Ancaq Qarabağ Komitəsi yarananda mənim adımı Pənah Hüseyn ora yazdırıb. Uşaq deyiləm, mən də bilirəm ki, mənim adım Qarabağ döyüşçüləri arasında çox hörmətlə çəkilir. Qarabağ Komitəsində iki məsələ qoymuşduq. Birinci, Komitənin dağılmaması üçün Akif Nağının Komitədən çıxarılması idi. Dedim, Akif Nağıya göstəriş gəlsə, o Komitədən qəhrəman kimi gedəcək, ancaq biz onu kimlərinsə bölmə müdiri kimi yola salaq. Razılaşmadılar. Ona görə də dözə bilməyib, Komitədən çıxdım”.

İranın tənqid edildiyi vaxt Akif Nağının qonşu dövləti müdafiə etməsinə gəldikdə isə sabiq nazir bunları deyib:

“Akif Nağı, onun kimi insanlar sapı özümüzdən olan baltalardır. Akif Nağı müharibədə olmayıb, Qarabağ döyüşünün nə olduğunu bilmir. Qarabağ müharibəsini keçənlər bilir ki, erməniləri geri oturdanda onların postlarında qalan ərzaqların üzərində “Made in İran” yazılarına rast gəlinirdi. Farslar həmişə Azərbaycana qarşı düşmənçilik ediblər. Akif Nağı isə hər tərəfin əlinə oynayır. Akif Nağının mövqeyini xüsusi xidmət orqanları araşdırmalıdır. Akif Nağı 3 aydan bir İrana gedir. Akif Nağı İranda olanda İran tərəfi deyib ki, biz Dağlıq Qarabağda İran şiəliyini bərpa etməliyik. Bunun çəkilişi də var. Azərbaycanın ərazi bütövlüyünü deməyiblər, şiəliyi deyiblər. Onu deyən zaman Akif Nağı oradan çıxıb getməliydi. Əgər getməyibsə, bundan şübhəliyəm”.

Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsinin yaradılmasına və fəaliyyətinə gəldikdə isə İsgəndər Həmidov bildirib ki, mart ayının sonuna qədər hökumətə vaxt veriblər. Mart ayından sonra mitinqlərə başlayacaqlar.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4726
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv