Nemtsov Kadırovun da yalanını çıxardı

media-hightechnic-468x90

yyyyyio988Ramzan Kadırovun çeçen döyüşçülərinin Donetskdə vuruşmaması ilə ilə bağlı açıqlaması Putindən öyrəndiyi yalandır.

Bunu rusiyalı müxalifətçi Boris Nemtsov feysbuk səhifəsində yazıb.

“Necədi sizinçün? Kadırov bildirib ki, “kadırovçular” Donetskdə vuruşmurlar. Həm də bunu döyüşçülərin təkzibolunmaz açıqlamasından sonra dedi. Kadırovun versiyasına görə, ora gedən çeçenlər könüllülərdir, o heç kimi ora göndərməyib. İnanınrsınızmı? Çeçenistanda Kadırovdan icazəsiz milçək belə uça bilməz. Başkəsənlərin Donetskə Kadırovdan icazəsiz göndərilməsi qəti mümkün deyil”, – deyə Nemtsov bildirib.

Nemtsov bildirib ki, Kadırov Putinin ən yaxşı tələbəsidir: “Əvvəl də yalandan demişdilər ki, Krımda rus qoşunları yoxdur. Bu böyük yalanın səbəbi bəllidir. Putin-kadırovçu döyüşçülərinin Donetskdə açıq iştirakı yeni sanksiya dalğasına, ilk növbədə bank sisteminə zərbəyə gətirib çıxara bilər. Bu isə Putin hakimiyyətinin sonudur”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600