Nənə nəvəsini boğaraq öldürdü

media-hightechnic-468x90

aqİstanbulda tükürpədici cinayət hadisəi baş verib.

83 yaşlı nənə azyaşlı nəvəsini boğaraq qətlə yetirib. Polisə ifadə verən 83 yaşlı Nazmiye.Y nəvəsi Dilək Anbarın ona bıçaqla hücum etdiyini iddia edib.

“Özümü qorumaq məqsədilə qızı itələdim. Yerə yıxıldı. Yaylığımı onun boğazına dolayaraq boğmağa başladım. Bir də gördüm ki, o, nəfəs almır. Artıq ölmüşdü. Evdə tək idim. Ona görə də qızım Fatma Anbarı çağırdım. O, evə gələndə şoka düşdü. Hadisə yerinə gələn qızımın həyat yoldaşı Hidayət Anbar isə polisə xəbər verdi”, deyə Nazmiye.Y ifadə verib.

İstanbul polisi faktla bağlı araşdırmaları davam etdirir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa