“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Gəncədə keçirildi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-12 aprel tarixlərində həyata keçirilən Gəncədə “Mədəniyyət rüzgarı” silsilə tədbirlər çərçivəsində 10 aprel tarixində Gəncə Dövlət Milli Dram Teatrında “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı yeni seminarı baş tutub.

MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov auditoriyanı salamlayaraq MEMİM-in teatrın inkişafı üçünhəyata keçirdiyi layihələrdən, teatrın bir xalqın özünüdərk prosesində, mənəviyyat və mədəniyyətinin zənginləşməsindəoynadığı əhəmiyyətli roldan, belə tədbirlərin paytaxt və region teatrları üçün əhəmiyyətindən danışıb.

Teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyortamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzulardan söhbət aparıb.

Tədbir Gəncə teatrlarının kollektivləri ilə yanaşı ətraf rayonların teatr nümayəndələri və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

“Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində təşkil olunan seminarların məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi,sahəyə marağın artırılması və gənclərin prosesə cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.

     

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600