Nəsimi metrosu qarşısında qəza
Bakıda Nəsimi metrosu qarşısında ağır yol qəzası baş verib.
10 MZ 076 nömrəli “Tofaş” markalı minik avtomobili ilə 90 VR 085 nömrəli “Honda” markalı avtomobil toqquşub.
Yüksək sürətlə Zərifə Əliyeva parkı istiqamətdə hərəkət edən “Tofaş” avtomobili idarəetməni itirərək “Honda”ya çırpılıb və yoldan çıxaraq yarı vəziyyətdə aşıb.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
(axar.az)