Nəsimi rayonunda Beynəlxalq Sülh günü qeyd edildi

Nəsimi rayonu İlylas Əfəndiyev adına Elitar Gimnaziyada 21 sentyabr- Beynəlxalq Sülh gunu münasibətilə “Sulh göyərçinləri” tədbiri keçirildi. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti başçısnın birinci müavini Gülarə Verdiyeva vurğuladı ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi qeyd edilir.

Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Həmçinin tədbirdə ölkəmizdə həyata keçirilən tədbirlərdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulanıb, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Vurğuladı ki, əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Daha sonra Elitar Gimnaziyanın şagirdləri sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxdılar.

Bütün məktəblilər Mən fəxr edrəmki Azərbaycanlıyam deyərək azərbaycan bayraqını başları üzərində dalğalandırdılar.

 

COP29