Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsimi rayonunda səyyar qəbul keçirildi - FOTO

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.

Yenicag.az xəbər verir ki, qəbulda Azadlıq və Vaqif prospektləri, Bakıxanov küçəsi, Q.Quliyev küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilib.

Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, həyətin abadlaşdırılması barədə müraciətlər ediblər.

Qəbul zamanı sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edib, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilib, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılıb.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak edib, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilib.

Loading...

www.yenicag.az

3020
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100