Nəsimidə silsilə oğurluq edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa