Netanyahu ABŞ-a gedir, Trampla İranı müzakirə edəcək

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə yola düşür.

Yenicag.az “The Times of Israel”ə istinadən xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib.

O səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir.

“Biz bir sıra məsələləri müzakirə edəcəyik. O cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib.

Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-ABŞ arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05