Netanyahu müsəlmana təşəkkür etdi

media-hightechnic-468x90

2061c7f4e9fbYenicag anspress-ə istinadən Fransada terror aktları zamanı qətlə yetirilən 17 nəfərin xatirəsinin yad edilməsi və terrorizm əleyhinə etiraz bildirilməsi məqsədilə keçirilən izdihamlı nümayiş-yürüşdə iştirak edən İsrailin Baş naziri Benyamin Netanyahu yanvarın 12-də Parisin Vənsən darvazasında terror aktında beş nəfərin, o cümlədən dörd yəhudinin həlak olduğu yeri ziyarət edib.

Qanlı faciənin baş verdiyi yerə əklillər qoyan və şam yandıran Baş nazir buraya toplaşanların qarşısında çıxış edərək günahsız insanların həyatına son qoyan terror aktlarını qətiyyətlə pisləyib.

Benyamin Netanyahu terror hadisəsinin baş verdiyi mağazanın işçisi – gənc müsəlman Lassani Bathiliyə bir çox girovu, o cümlədən üç yəhudini xilas etdiyinə görə təşəkkürünü bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600