Neymar məşqlərdən kənarlaşdırıldı

PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, Braziliyanın “Esporte Interativo” telekanalı məlumat yayıb.

27 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar verilənə qədər fərdi qaydada məşq edəcəyi bildirilib.

“Diario Sport”un yaydığı məlumata görə isə, PSJ braziliyalı oyunçunun komandanı tərk edəcəyini bilir. Onun “Barselona” və ya “Real”a keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Neymar transfer danışıqlarına görə Fransa çempionatının 1-ci turunda “Nim”lə oyun üçün heyətə daxil edilməmişdi.

COP29