“Nida”çılar Fəxri Xiyabanda – Yenilənib
NİDA Vətəndaş Hərəkatının azad olunan iki üzvü -Bəxtiyar Quliyev və Elsevər Mürsəlov həbsxanadan dərhal Fəxri Xiyabana, mərhum prezident Heydər Əliyevin məzarını ziyarətə gediblər.
Digər NİDA-çı-Şahin Novruzlu 5 gün öncə vəfat edən atasının qəbrini ziyarətə gedib.
NİDA-çıları Fəxri Xiyabanda jurnalistlər və yaxınları müşayiət ediblər. Hər iki gənc məzara gül qoyub və sayğı duruşu sərgiləyiblər.
E. Mürsəliyev və B. Quliyev bildiriblər ki, bundan sonra siyasi fəaliyyətlərini davam etdirməyəcəklər: “Bu humanist addımdır. Prezident İlham Əliyevə təşəkkür edirik”.
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.