Niderlanddan Ukraynaya 500 milyon avroluq hərbi yardım

media-hightechnic-468x90

Niderlandın müdafiə naziri Ruben Brekelmans avqustun 4-də Ukraynaya Patriot hava hücumundan müdafiə sisteminin komponentləri və raketləri daxil olmaqla, yeni hərbi yardımı elan edib.

Yenicag.az xəbər verir ki Brekelmansın bu barədə “X”də yazıb.

O vurğulayıb ki, Ukrayna indi “hava hücumundan müdafiə və sursatını gücləndirməlidir”.

“Niderland 500 milyon avro dəyərində Amerika silahları (Patriot sistemləri və raketləri üçün komponentlər də daxil olmaqla) paketi verəcək. Bu, Ukraynaya özünü və Avropanın qalan hissəsini Rusiyanın təcavüzündən müdafiə etməyə kömək edəcək”, – o əlavə edib.

Müdafiə naziri hərbi yardımın çatdırılmasının təfərrüatları və vaxtı da daxil olmaqla, digər detalları açıqlamayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa