Niderlanddan Ukraynaya rekord hərbi yardım: 500 milyon avroluq “Patriot” dəstəyi

media-hightechnic-468x90

Niderland Ukraynaya “Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla, 500 milyon avro dəyərində ABŞ silahları verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

“Ukraynanın təcili olaraq əlavə hava hücumundan müdafiə sisteminə və döyüş sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində ABŞ silahlarını (“Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla) təqdim edən ilk NATO ölkəsi oldu”, – o qeyd edib.

R. Brekelmansın sözlərinə görə, silahların tədarükü Ukraynaya təkcə ölkənin deyil, bütün Avropanın təhlükəsizliyini təmin etməyə kömək edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa