Niderlandın qəzeti Azərbaycandan yazdı

media-hightechnic-468x90

10917638_1019719568044125_612424298_nNiderlandın “Dagblad de Limburger” qəzeti Azərbaycandan yazıb Niderland Krallığının Lumburq əyalətində fəaliyyət göstərən “Vahid,Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin keçirdiyi layihələr nəticəsində son zamanlar sözü gedən əyalət ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrin genişlənməsi sahəsində bir sıra nailiyyətlər əldə edilib.

Bir neçə gün öncə ölkənin üçdə birini təşkil edən Limburg əyalətində nəşr edilən “Dagblad de Limburger” qəzetində bu barədə geniş məqalə çap edilib. Məqalədə Respublikamızın zəngin təbii sərvətlərindən,ölkədə sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlardan,ölkənin inkişaf perspektivlərindən və Limburq əyalətinin respublikamıza artan maraqlarından və inkişaf etməkdə olan qarşılıqlı dostluq münasibətlərindən söhbət açılır. Məqalədə bu əlaqələrin möhkəmləndirilməsi üçün həyata keçiriləcək konkret addımlardan da danışılır. Bu işdə həmçinin,Azərbaycanın yaxın dostu, parlamentin birinci palatasının üzvü Rene Van Der Lindenin şəxsi təşəbbüsü qeyd edilir. Onu da qeyd edək ki,respublikamız əyalətin Çin Xalq Respublikasından sonra ciddi maraq göstərdiyi yeganə respublikadır.

Elnur Eltürk

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600