Nigerdə 7 kilsə yandırıldı

media-hightechnic-468x90

1363749984-burning-of-the-fallas-marks-end-of-the-fallas-festival-in-valencia_1888898ewrwNigerin paytaxtı Niamey şəhərində 7 xristian kilsəsi yandırılıb.

Bu haqda məlumatı AFR agentliyi yayıb.

Məlumata görə, şəhər sakinləri küçələrə çıxaraq Fransanın “Charlie Hebdo” satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə qarşı çıxırlar.

Hazırda etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verir. Polislərə daş atılır. Fransanın bu ölkədəki səfirliyi vətəndaşlara asayişi qorumağı məsləhət görüb.

Etiraz dalğasının artacağı gözlənilir. Sakinlər Fransanın “Orange” mobil operatorunun bu ölkədəki şöbəsini və digər şirkətlərin binalarını yandırıblar.

Etiraz aksiyası ölkənin Zinder şəhərində də həyata keçirilir. Burada isə Fransanın mədəniyyət mərkəzi və bir neçə kilsə yandırılıb.

Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə etiraz əlaməti olaraq Afrikanın Mavritaniya, Əlcəzair, Mali və Seneqal ölkələrində də insanlar küçələrə axışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600