Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə təcili səfəri AB rəhbərliyinin Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə baş tutan İrəvan-Bakı danışıqlarının təfərrüatını öyrənmək istəyi ilə bağlıdır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Paşinyan Brüsselə çağırılıb ki, Vaşinqton vasitəçiliyinin niyə belə tez nəticə verdiyini, o cümlədən Zəngəzur dəhlizi məsələsində əldə olunan razılaşmanı izah etsin, çünki AB-nin sözügedən istiqamətdə səyləri uzun müddətdir prosesi irəli apara bilmirdi. Səfər hətta Mülki Müqavilə Partiyasının bir çox üzvü üçün də gözlənilməz oldu – yalnız bir neçəsi bundan xəbərdar idi. Paşinyan Avropa Şurasının sədri Koşta, Avropa Komissiyasının sədri Leyen və Fransa Prezidenti Makronla görüşlərdə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün proqramı tamamlamağa söz verib. Press-relizlərdə antirusiya sazişlərinin mövcudluğu, xüsusən də xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizədə əməkdaşlıq təklifləri, habelə sanksiyalardan yayınmanın qarşısını almaq üçün atılan addımlara görə Paşinyana minnətdarlıqda ifadə edilir”, – mənbə bildirib./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600