Nizami və Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

media-hightechnic-468x90

Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar noyabrın 21-i saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa