Nizami və Füzulidən qaçan gənclik: Müqəssir kimdir – şagird, yoxsa köhnəlmiş metodika?

media-hightechnic-468x90

Son illər humanitar ixtisaslara marağın azalması təhsil ictimaiyyətində əsas müzakirə mövzularından birinə çevrilib. Ekspertlər hesab edir ki, bu sahəyə marağı yenidən bərpa etmək üçün tədris yanaşmalarında köklü dəyişikliklərə ehtiyac var.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, humanitar sahələrin tədrisindəki durğunluğu aradan qaldırmaq üçün ilk növbədə dərsliklər və metodikalar müasirləşdirilməlidir.

Ekspertin sözlərinə görə, hazırkı sistemin ən böyük problemi şagirdlərin faktları əzbərləməyə məcbur edilməsidir:

“Bu günün şagirdi faktları yadda saxlamaq deyil, həmin faktların məntiqini və həyati bağlılığını anlamaq istəyir. Tarix dərsləri quru rəqəmlər və tarixlər toplusu olmaqdan çıxmalı, səbəb-nəticə əlaqələrini izah edən analiz mühitinə çevrilməlidir. Məsələn, şagird Səfəvi dövlətinin yaranma tarixini əzbərləməkdənsə, həmin dövrün diplomatik manevrlərini və dövlət quruculuğu fəlsəfəsini bugünkü geosiyasi proseslərlə müqayisə etməyi öyrənməlidir”.

Şəmsi Qoca qeyd edib ki, ədəbiyyatın tədrisində də bənzər yanaşma tətbiq olunmalıdır:

“Klassik əsərlər gənclərə məcburi mütaliə yükü kimi deyil, insan psixologiyası və həyatın əbədi suallarının cavabı kimi təqdim edilməlidir. Nizami, Füzuli və Nəsimi kimi klassiklərin irsi müasir dövrün etik və mənəvi problemləri ilə əlaqələndirilməli, şagird bu dahi mütəfəkkirlərin düşüncəsinin öz həyatına necə təsir etdiyini dərk etməlidir”.

Ekspert əlavə edib ki, texnologiyaların təhsilə inteqrasiyası da bu sahədə mühüm rol oynaya bilər:

“Rəqəmsal humanitariyanın tətbiqi – tarixi abidələrin virtual turlarla öyrənilməsi, qədim mətnlərin proqramlar vasitəsilə təhlili şagirdlərin marağını artırır. Humanitar fənlər ‘köhnənin qalığı’ kimi deyil, gələcəyin mənəvi arxitekturası kimi təqdim olunarsa, bu sahəyə maraq da təbii şəkildə yüksələr”.

Ş. Qoca hesab edir ki, yalnız bu halda yüksək bal toplayan abituriyentlər humanitar ixtisasları sadəcə prestij naminə deyil, cəmiyyətin mənəvi və hüquqi inkişafına töhfə vermək məqsədilə seçəcəklər.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05