Növbəti terror Vatikanda baş verə bilər

media-hightechnic-468x90

845c62804773097207ee3baa5d3ef3a0“ABŞ və İsrail kəşfiyyatı “İslam dövləti” qruplaşmasının dörd döyüşçüsünün turist adı altında Avropaya getməsi barədə məlumatlara malikdir”.

Yenicag apa-ya istinadən məlumat verir ki, bu barədə İtaliyanın “İl Gorniale” qəzeti yazıb.

Qəzetin yazdığına görə, döyüşçülərin planı Vatikana zərbə vurmaqdır və bu barədə Roma Papasına da xəbərdarlıq olunub.

İtaliya kəşfiyyatı MOSSAD və MKİ-dən ehtimal olunan ssenarilər barədə məlumatlar alıb, lakin bununla belə, konkret təhdidlərin nədən ibarət olduğu bildirilmir.

İtaliyanın daxili işlər naziri Ajelino Alfano bəyan edib ki, İtaliyada terror aktlarının törədilməsi üçün praktik əlamətlər yoxdur, lakin ölkə risk zonasındadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600