“Növbəti iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir”.
Bunu Yenicag.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, may ayının 8-dək Bakıda və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: “Havanın temperaturu günorta saatlarında 22-27 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə regionlarda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: “Şərq küləyi əsəcək. Havanın temperaturu 25-30, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
www.yenicag.az