Novruz Məmmədov Prezidentin Bolqarıstan səfərindən yazdı
“Dünən Dövlət başçısı cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı bu ölkə rəhbərləri ilə çox mühüm görüşləri və danışıqları oldu”.
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvvitter səhifəsində yazıb. O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti Bolqarıstan Prezidenti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. PA rəsmisi qeyd edib ki, bu strateji tərəfdaşlıq haqqında birgə bəyannamə Avropa İttifaqı ölkələrindən yeddincisi ilə imzalanan sənəd idi.
N.Məmmədov həmçinin, Sofiya kilsəsinə edilən ziyarət barədə də yazıb. Martın 4-də paytaxtın VI əsrdə tikilmiş Müqəddəs Sofiya Kilsəsinə çox maraqlı ziyarət oldu: “Müqəddəs Sofiya Kilsəsinin bir sıra eksponatları eramızın I və II əsrlərinə aiddir”.