Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

media-hightechnic-468x90

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində isə tədrisin distant təşkil ediləcəyi açıqlanıb.

media-banner_tkm

Həmçinin paytaxtda, Abşeron və Sumqayıt şəhərləri ərazisində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir. Buna uyğun olaraq sammit müddəti ərzində Bakıya giriş-çıxışın məhdudlaşdırılacağına dair məlumatlar yayılıb.

Noyabr ayında təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıla bilərmi?

Yenicag.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza Bakıya giriş-çıxışın məhdudlaşdırılmasının gözlənilən məsələ olduğunu deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsi üçün bu addımın atılması münasib və mümkün variantdır:

“Əgər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilərsə, o zaman müəyyən yüngülləşdirici hallar nəzərə alına bilər. Bütün sualların cavabı qarşıdan gələn günlərdə bəlli olacaq. Lakin bunun üçün Bakı tamamilə boşaldılmalıdır. Ona görə də, giriş-çıxışın məhdudlaşdırılacağını düşünürəm”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05