Noyabr ayı üzrə diplomların tanınması üzrə 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Yenicag.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 8, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 5, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 65, Rusiyadan 64, Ukraynadan 53, Gürcüstandan 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat 28, hüquqşünaslıq üzrə 21, stomatologiya üzrə 15, tibb üzrə 12, biznesin idarə edilməsi üzrə 10 müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 12 gün təşkil etmişdir.
Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
www.yenicag.az