Nuradan QALMAQALLI SÖZLƏR: “Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…”

“Kişili, qadınlı bir yerə yığışan kimi başlayırlar, kimisə müzakirə etməyə. Hamı da hamıdan şikayət edir…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

Müğənni qeybət edən, başqalarının həyatına burun soxan adamlarla bağlı sərt fikirlər səsləndirib:

“Ölkədən köçən insanların çoxu vətəni sevmədiyindən yox, insanların başqalarının həyatına burun soxmasından, dedi-qodusundan qaçıb gedir. Ən zəhləm gedən xüsusiyyət isə özü vaxtı ilə min hoqqadan çıxıb, hər pozğunluğu edib sonra cəmiyyətdə bəlli bir status əldə edən kimi başlayır qeyrət, namus, əxlaqdan danışmağa. Başqalarına yuxardan aşağı baxmağa ki, bəs filankəs əxlaqsızdır və s… Adamın əti tökülür.

Ən böyük əxlaqsızlıq başqalarının əxlaqın müzakirə etməkdir.

Bir yerə yığılıb oturanda kinodan, kitabdan, dünyada baş verən proseslərdən danışın, loto oynayın, deyin, gülün əylənin.

Xaricə də gedəndə turizm şirkətindən bizimkilər olmayan oteldə otaq istəyirlər. Səbəb isə özümüzünkülərin qınağından qaçmaqdır. Özünüz rahat və firavan yaşayın, başqalarına da mane olmayın yetər”.

Nehru