!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nuru Əliyevin oğlu həbs olundu

!Reklam – Yazi

Nəsimi rayon Məhkəməsində polisin əmrinə tabe olmamaqda təqsirləndirilən Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb.

Qeyd edək ki, Nurxan Əliyev “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğludur.

www.yenicag.az

2480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv