Nyu-Yorkda qatar tüstülədi: 13 nəfər zəhərləndi

media-hightechnic-468x90

ABŞ-nin Nyu-York şəhəri ətrafında sərnişin daşıyan qatarın relslərində yanğın baş verib, nəticədə bir vaqon tüstü ilə dolub, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

media-banner_tkm

Yenicag.az AP-yə istinadən xəbər verir ki, hadisə bazar ertəsi səhər saatlarında, hərəkətdə olan qatarda qeydə alınıb.

Sosial şəbəkədə sərnişin tərəfindən yayımlanan 30 saniyəlik videoda Cersi Sitidəki Nyuport stansiyasında bir vaqonun tüstü ilə dolduğu görünür. İnsanların qışqıraraq “qapını açın” və “ehtiyatlı olun” dediyi eşidilir.

Videonun davamında relslərin üzərində yüksələn parlaq narıncı alovlar qatarın tavanına qədər çatır.

“Port Authority”nin yaydığı məlumata görə, hadisə zamanı 13 nəfər tüstüdən zəhərlənib, onlardan 9-u əlavə müayinə üçün xəstəxanaya aparılıb.

Hadisədən təxminən 5 saat sonra xətt üzrə hərəkət bərpa edilib.

Qurum insidentin səbəblərinin araşdırıldığını bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05