Obamadan sərt reaksiya
Avstraliyada keçirilən G-20 sammitində Barak Obama mətbuata açıqlama verib. Jurnalistin “Bəşər Əsədin hakimiyyətdən getməsi üçün nə edirsiniz?” sualına Obama birmənalı şəkildə “xeyr” cavabını verib.
Yenicag.az saytı Turkiyə mediasına istinadən məlumat verir ki, Obamanın açıqlamaları Ağ Evin rəsmi saytından yayımlanıb. Bir çox sualları cavablayan Ağ Ev başqanı İŞİD probleminə belə aydınlıq gətirdi:
“İraq və Suriyada İŞİD-ə qarşı necə mübarizə aparmağın yollarını biz hər həftə müzakirə edirik. Hələ ki, bu məsələdə ciddi irəliləyiş əldə etməmişik. İŞİD-ın zəif nöqtələrini öyrənirik. Daha effektli mübarizə yollarını axtarırıq”
Barak Obama dediklərinə bunları da əlavə edib: Bəşər Əsədə qarşı siyasətimiz dəyişməyib. Əsəd minlərlə günahsız vətəndaşını öldürüb. Bizim Suriyaya göndərdiyimiz koalisiya qüvvələri Sünni müsəlmanlara deyil, qan içən liderə qarşı göndərilib. Suriya müstəqilliyini itirib. Ələvilər, xristiyanlar, sünnilər bir ölkədə mehriban sülh şəraitində yaşamalıdır.”
Obama həmçinin qeyd edib ki, “İŞİD-ə qarşı mübarizədə Suriya hökuməti ilə müəyyən dil tapılıb. Suriyanın hava məkanına daxil ola bilmişik” .
Sonda Barak Obama suallara belə yekun vurub: “İŞİD atom bombası ələ keçirərsə, qurudan müdaxilə etməyimiz qaçılmazdır və əmri birbaşa mən verəcəm”.