Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko ABŞ prezidenti Barak Obamanı “siyasi cırtdan” adlandırıb. Yenicag aznews-a istinadən məlumat verir ki, o bu haqda özünün Facebook səhifəsində yazıb.
“Krım və bütövlükdə Ukraynada baş verənlərlə bağlı Obamanın tutduğu mövqe dəvəquşunun mövqeyinə bənzəyir. Onun adı ABŞ-ın sabiq prezidentləri Ruzvelt və Reyqanla eyni siyahıda çəkilə bilməz. Hətta, Bill Klinton üzərində güc taparaq Kosovoda baş verən vəhşiliklərin qarşısını almaq üçün əmr vermişdi”, – deyə ukraynalı məmur əlavə edib.
Qeyd edək ki, Corc Soros da bu yaxınlarda çıxış edərək Obamanı “siyası cırtdan” adlandırmışdı. Çox böyük ehtimalla Anton Geraşenko Sorosun “tapıntısına” yeni həyat verib.
www.yenicag.az