!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“OCCRP hazırladığı hesabat qeyri-peşəkar və qeyri-ciddidir” – Səbuhi Abbasov  

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən ölkəmiz barədə qərəzli yazı hazırlanıb, eyni zamanda, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc edilib.

Məsələyə münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov budəfəki sifarişli hücumun qeyri-peşəkar və bəlli məqsədlərə xidmət etdiyini dedi: “The Organized Crime and Corruption Reporting Project” (OCCRP)təşkilatının hazırladığı “hesabat” qeyri-peşəkar və qərəzlidir. Bunu qurumun rəsmi facebook səhifəsinə daxil olanda görmək mümkündür. Adını beynəlxalq, demokratik təsisat kimi təqdim edən təşkilat rəsmi səhifəsində ana fotonu, son bir neçə günlük fəaliyyətini tamamilə Azərbaycana həsr edib. Bu bilavasitə beynəlxalq səviyyədə reketçilik fəaliyyətidir. Burada açıq şəkildə iki məqamı görmək mümkündür: 1-ci məqam qurumun idarəçiliyində ermənilərin olması və erməni lobbisi tərəfindən maliyyələşmə, 2-ci məqam isə beynəlxalq reketçilik fəaliyyəti. Görünən odur ki, bu təşkilat 2 faktorun “gücündən” istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki imicinə ciddi şəkildə xələl gətirmək niyyətində olublar. Ancaq bugün dünya uydurmalarla deyil, reallıqlarla hesablaşır. İlham Əliyev nəinki regionda, bütün dünyada ilk sıralarda qərarlaşan peşəkar siyasətçilərdəndir. Dünyanın bir sıra siyasi gərginliklərinin çözülməsində İlham Əliyevin siyasi nüfuzundan tez-tez istifadə olunur. Bundan başqa ölkəmizdə aparılan iqtisadi islahatlar, tarazlaşdırılmış siyasi manevrlər erməni lobbisini ciddi şəkildə təşvişə salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində birincinin işğalçılıq siyasəti bu ölkəni tamamilə məhvə sürükləyib. Ermənistan dövrünün ən acınacaqlı günlərini yaşayır: iqtisadi blokada, siyasi gərginlik, demoqrafik böhran, mədəni çöküş bu ölkəni uçuruma aparır. Ermənilərin bugün əllərində olan yeganə güc lobbilərinin informasiya alətidir. Lobbi təşkilatları əllərində olan mövcud maliyyə imkanlarından istifadə edərək Avropada, ABŞ-da olan bütün “əldəqayırma”,satılmış təşkilatlara ölkəmizlə bağlı qərəzli sifarişlər verirlər. Hesab edirəm sifarişlərdə əsas hədəf kimi ölkə başçısı və onun ailəsinin göstərilməsi təsadüfi deyil. Məsələ burasındadır ki, 1-ci Vitse-prezident Mehriban Əliyevanın son bir neçə ayda həyata keçirdiyi islahatlar dünyada baş verən yeniliklərə adekvat şəkildə həyata keçirilir. Görünən odur ki, bu siyasətin ölkəmizi hansı uğurlara aparacağını erməni lobbisi çox gözəl dərk edib. Lakin əvvəlkindən fərqli olaraq öz qəzəblərini, kinlərini hesabata töküblər. Məhz buna görə hesabat qeyri-peşəkar və yumşaq desək dünya üçün qeyri-ciddidir”

www.yenicag.az

2164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv