Ödəniş xidməti üçün rüsum müəyyənləşdi

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” qanuna 22.0.34-2-ci maddə əlavə edilib.

Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.

Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05