Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ögey oğlunu vəhşicəsinə öldürən "ata" cəzalandırıldı - Kürdəmirdə

İyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, istintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat edib.

Cinayət işi üzrə A.Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

1041
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS