Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı - Video

media-hightechnic-468x90

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiz. Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər.

“E-polis” – daim təkmilləşən rəqəmsal xidmətlərimizlə məmnunluğunuz üçün çalışırıq!

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600