Oğlu cəbhəyə yollanan Pənah Hüseyn: “Bu barədə mənə heç nə deməmişdi”
“Bu gün yola düşüb, yəqin ki, artıq xidmət edəcəyi hərbi hissəyə çatıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında oğlu Vaqif Silahlı Qüvvələrimizdə xidmətə yola düşən keçmiş baş nazir Pənah Hüseyn deyib.
Pənah Hüseyn Vətən Müharibəsində iştirakın şərəf işi olduğunu bildirib:
“Müharibədə iştirak etmək hər kəsin borcudur. Oğlum da yola düşüb, məncə, artıq hərbi hissəyə çatıb.
Oğlumun cəbhəyə yollanacağından dünən xəbər tutdum. Sözün doğrusu, o özü bu barədə mənə heç nə deməmişdi.
Azərbaycanda Vətən Müharibəsi gedir. Bu müharibədə iştirak hər adama nəsib olmayacaq qədər şərəfli işdir”.
Aqil Bəkir