Oğluna narkotik maddə ötürmək istədi

media-hightechnic-468x90

download (9)Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gəlmiş anası Zöhrə Hidayət qızı Axundovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600