Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Oğlunun toyuna hazırlaşan ata öldürüldü

img1855100Bakıda qətl hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovun APA TV-yə verdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müseyib Ramiz oğlu Həsənov evinin qarşısında qonşusu, 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovla mübahisə edib. Daha sonra evdəki bıçağı götürərək qonşusunun ürək nahiyəsindən bir neçə zərbə endirməklə onu qətlə yetirib.

Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, qonşusu mərhum Şamil Kərimovla ədavətli olublar. Mərhum peyin iyi gəldiyindən, Həsənova evində olan tövləni sökməyi təkid edib. Tövlə sökülsə də, Kərimovla ədavət davam edib. Ötən gün qonşular küçədə rastlaşıblar və bu zaman mərhum Kərimov qonşusunu görən kimi yerə tüpürüb. Bunu özünə təhqir hesab edən Həsənov evdən gətirdiyi bıçaqla qonşusunu qətlə yetirib.

Qeyd edək ki, hadisədə təqsirli bilinən Müseyib Həsənov iyulun 21-i qızının nişanına, mərhum Şamil Kərimov isə gələn ay oğlunun toyuna hazırlaşırdı.

www.yenicag.az

226