Oğurlanmış saatlarına iki ildən sonra qovuşdu

media-hightechnic-468x90

Çili polisi ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndələrinə amerikalı aktyor Kianu Rivzin 2023-cü ildə Los-Ancelesdəki evindən oğurlanmış saatını təhvil verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki,  bu  barədə ABŞ-nin Santyaqodakı səfirliyi məlumat yayıb.

“ABŞ-nin Santyaqodakı səfirliyində keçirilən qısa mərasimdə FTB nümayəndələri Çili polisindən amerikalı aktyor Kianu Rivzə məxsus əşyaları alıblar. Onlar sahibinə qaytarılacaq”, – deyə məlumatda bildirilir.

Saatlar 2024-cü ilin dekabrında Çilidə polisin keçirdiyi reyd zamanı tapılıb. Axtarış zamanı ümumilikdə 17 saat ələ keçirilib. Aksesuarlardan birinin üzərində Rivzin adı həkk olunmuşdu. Çili hüquq-mühafizə orqanları daha sonra müsadirə edilən saatlardan altısının aktyorun sahibi olduğunu və onların hamısının sahibinə qaytarılacağını müəyyən edib. Rivzin evi 2023-cü ilin dekabrında qarət edilib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05