!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Oka"dan çıxan spirtli içkilər - FOTO

!Reklam – Yazi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Oka” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Yenicag.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa sol və sağ hissələrindən 12 ədəd 1 litrlik üzərində “Nemirovskaya” yazısı yazılmış spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

8069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv