Oqtay Əsədov: “Bu iş araşdırılır”
Milli Məclisin yaz sessiyasının son plenar iclası öz işinə başlayıb.
Spiker Oqtay Əsədov mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın haqda məlumat verib: “Bu iş araşdırılır və günahkarlar cəzalandırılacaq. Bununla bağlı xüsusi komissiya da yaradılıb”.
Oqtay Əsədov deyib ki, yanğın nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb: “Azərbaycan prezident buna dərhal reaksiya verib, xüsusi dövlət komissiyası yaradılıb. Hazırda komissiya gərgin işləyir, bunun səbəblərini araşdırır, təqsirli şəxsləri müəyyənləşdirir. Həmçinin hadisə zamanı ziyan çəkən insanlara yardımlar olunur. Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar aradan qalxacaq və belə hadisə bir daha baş verməyəcək”.
Spiker çıxışının sonunda deputatları yanğın zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çalışıb.