Öldülər, yoxsa qətlə yetirildilər?-Fotolar
Tanınmış yazısı Piter Pomeransev rus supermodellərin faciə və ağrı dolu həyatlarından bəhs edən kitabını dərc etdirib.
“Nothing Is True and Everything Is Possible (“Hər şey yalandır və hər şey mümkündür”) kitabının qəhrəmanlarından biri əslən Qazaxıstan olan rus supermodel Ruslana Korşunovadır.
2008-ci ildə Ruslana Nyu-Yorkun Manhetten səmtindəki yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilinin eyvanından özünü atmışdı. Polisdən verilən məlumata görə, Korşunovanın mənzilində mübarizə və ya dağınıqlıq izləri tapılmayıb. R.Korşunova ölümündən əvvəl heç nə yazıb qoymamışdı.
“Postsovet məkanı ölkələrini model agentliklərinin skautları dolaşır, podiumlar üçün qızlar arayırlar. Bu qızlar itirilmiş insanlardır. Çünki onların əksəriyyəti çox kasıb ailələrdə böyüyür, gələcəklə bağlı heç bir perspektiv görmürlər. Üstəlik, bu ölkələrdə təhlükəli təşkilatlar da var. Məsələn, Korşunova “Dünya Qızılgülü” adlı təşkilatın üzvü idi”, – Pomeransev yazır.
Kitabın müəllifi Korşunovanın qohumları və rəfiqələri ilə danışıb. Mərhum Ruslananın anası müəllifə etibar etdiyi üçün Pomeransevə toksikoloji analizlərin ikinci mərhələsinin, habelə daha bir autopsiyanın keçirilməsinə icazə verib.
20 yaşında həyatı ilə vidalaşmış Ruslana Korşunovanın ailə üzvləri onun intihar etməsinə hələ də inanmırlar.
2009-cu ildə R.Korşunovanın yaxın rəfiqəsi, daha bir rus model Anastasiya Drozdova Ukraynanın paytaxtı Kiyevdə intihar etmişdi. Bu supermodelin anası ilə söhbətdə Pomeransev öyrənib ki, Ruslana təki, Anastasiya da “Dünya Qızılgülü” təşkilatının üzvü olub: “Onların karyerasında problemlər başlayanda qızlar həmin təşkilata qoşulmuşdular. Eksperiment aparmaq üçün də təşkilata qatıldım. Totalitar, təhlükəli bir sektadır”.