Ölkədə ən böyük regional forum

media-hightechnic-468x90

8408328-29 noyabr 2014-cü ildə Şəkidə Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçiriləcək.
Məlumata görə, Şəki şəhər İcra Hakimiyyəti, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsi və YAP Şəki Təşkilatının təşkil etdiyi iki günlük forumda 240 gənc iştirak edəcək.

Forum təşkilatçılarının bildirdiyinə görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllıdan gənclərin qatılacağı forum 3 paneldən ibarət olacaq.

Ölkənin gənclər sektorunda fəaliyyət göstərən əsas təşkilatlarının rəhbərləri, aidiyyatı qurumların nümayəndələrinin iştirak edəcəyi forumda məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaqdır.

Artıq son hazırlıq prosesi aparılan regional forum Şəkidəki Olimpiya Kompleksində keçiriləcək. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600