!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə pandemiya ilə bağlı son vəziyyət açıqlandı

!Reklam – Yazi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 592 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 145 345 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 187 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv