Ölkədə rus dilində danışmaq qadağan edildi

media-hightechnic-468x90

8017a61e-d726-4261-94b4-9c64623e651efgLatviyada iş yerində rus dilində danışmaq qadağan edilib.

Bu haqda məlumatı “Vesti.lv” saytı yayıb.

Latviyanın Dövlət Dili Mərkəzi əhaliyə müraciət edərək deyib ki, hər kəs öz iş yerində yalnız latış dilində danışmalıdır.

“Öz xidməti və peşəkar borclarını yetirən yetirən hər bir vətəndaşın xarici dildə danışması yolverilməzdir. İş yerlərində rus dilində danışanlar latışlara və latış dilinə hörmət etmir. Biz vətəndaşlardan çoxsaylı şikayətlər aldığımıza görə, bu addımı atırıq. Deyirlər ki, bəziləri iş yerlərində rus dilində danışırlar. Gəlin unutmayaq ki, Latviya latış dilində danışılan yeganə ölkədir. Bu baxımdan hər kəs dövlət dilini qorumaq üçün peşəkar fəaliyyətinin öhdəsindən layiqincə gəlməlidir”, – deyə Dövlət Dili Mərkəzindən bildiriblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600