Ölkədə vaksinasiya ilə bağlı SON DURUM

Azərbaycanda son sutkada 2 483 nəfər vaksinasiya olunub.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 221, ikinci doza vaksinlərin sayı 270 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 189 olub.