İngiltərədə və Uelsdə nikah yaşı dövlət tərəfindən dəyişdirilib. Əvvəllər valideyn razılığı ilə 16 və ya 17 yaşında ailə qurmaq mümkün idisə, hal-hazırda bu cinayət sayılır. Yeni qanunlara görə, vətəndaşlar 18 yaşından tez evlənə bilməz.
Yenicag.az xəbər verir ki, Nikah və Mülki tərəfdaşlıq Qanununa əsasən Britaniyada uşaqların evləndirilməsi məsələsinə çox güclü nəzarət edilir. Kimsə zorla erkən nikah tələb edirsə, onu 7 ilə qədər həbs cəzası gözləyir.
Şotlandiya və Şimali İrlandiyada isə minimum yaş 16 olaraq qalır.
Şimali İrlandiyada 18 yaşından kiçiklər üçün valideyn razılığı tələb olunur, Şotlandiyada isə bunu da etmirlər. Əhali bu qərardan dolayı sosial şəbəkələrdə tənqid tipli paylaşımlar edir və bu qanunun dərhal dəyişdirilməsini istəyir.
Qeyd edək ki, Azərbaycanda rəsmi nikah yaşı 18-dir.
www.yenicag.az